Avropa İttifaqı layihəsinin dəstəyi ilə Bakıda jurnalistlər üçün təlimlər keçirilir

Avropa İttifaqı layihəsinin dəstəyi ilə Bakıda jurnalistlər üçün təlimlər keçirilir
# 10 iyul 2007 12:05 (UTC +04:00)
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi layihəsinin dəstəyi ilə Milli Koordinasiya Bürosu və Beynəlxalq Mətbuat Klubu Azərbaycan jurnalistləri üçün təlimlər keçirir. APA-nın məlumatına görə, iki gün davam edən təlimləri Avropadan gəlmiş ekspertlər Edoardo Spakka, Françesko Apruzzi və yerli ekspert Ülviyyə Abdullayeva aparırlar. Onlar jurnalistlərə Avropa İttifaqının yaranma tarixi, vəzifə və məqsədləri, qurumları, siyasəti, gələcək planları, həyata keçirdiyi layihələr barədə məlumat verir, onlarla diskussiya aparır. Təlimlərin sonunda təlimləri keçmiş jurnalistlərə sertifikatlar təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR