ABŞ ştatlarının yalnız 30 faizində ölüm hökmü yoxdur

ABŞ ştatlarının yalnız 30 faizində ölüm hökmü yoxdur
# 10 iyul 2007 12:51 (UTC +04:00)
Hazırda ABŞ ştatlarının yalnız 30 faizində ölüm hökmü yoxdur. APA-nın məlumatına görə, bu barədə Corc Taun Universitetinin professoru W. Klayd Uilkos ABŞ-da səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbəri ilə görüşdə bildirib. Professor Texas və Florida ştatlarında bu cəzanın daha tez-tez tətbiq edildiyini də deyib. Onun sözlərinə görə, ABŞ-da bir ildə tətbiq olunan ölüm cəzalarının böyük hissəsi məhz bu iki ştatın payına düşür. Nyu-York ştatında da ölüm hökmü olmasına baxmayaraq, bu cəza son 25 ildə ümumiyyətlə tətbiq edilməyib.
ABŞ ştatlarının digər özəllikləri haqqında da danışan professor bildirib ki, Oreqon ştatında həkimin intihar etmək istəyən şəxsə yardım edərək, ona özünü öldürmək üçün resept yazması cinayət sayılmır. Lakin digər ştatlarda bunu edən həkimi cəza gözləyir. Eyni zamanda Nevada ştatında fahişəlik rəsmiləşdirilib. Lakin bu ştatın kazinolarla məşhur olan Las Veqas və Rina şəhərlərində fahişəlik rəsmən qadağandır. Texasda gəlir, Vaşinqtonda isə satış vergisi yoxdur. W. Klayd Uilkos bildirib ki, ştatların qanunları, məhkəmələri, yerli Cinayət və Vergi məcəllələri. Buna isə mərkəzi hakimiyyət müdaxilə edə bilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR