Bank Of Baku

Bir qrup millət vəkili və qəzet redaktorları jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı prezidentə müraciət edib

Bir qrup millət vəkili və qəzet redaktorları jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı prezidentə müraciət edib
# 10 iyul 2007 13:48 (UTC +04:00)
Bu gün bir qrup millət vəkili və qəzet redaktorları jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı prezidentə müraciət ediblər. Tərəfsiz (Parlament) Jurnalistlər Birliyindən APA-ya daxil olan məlumata görə, müraciətdə mətbuatda çalışan gənc jurnalistlərin böyük əksəriyyətinin mənzil problemindən əziyyət çəkdiyi bildirilib. Problemin həlli üçün 2005-ci ildə 40-a yaxın yazılı və elektron KİV-də çalışan 60-dan yazarın “Jurnalist” Mənzil-Tikinti Kooperativi (MTK) təsis etdiyi, lakin öz vəsaitləri hesabına Bakı şəhərində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına çalışdıqları, lakin problemin həll olunmadığı qeyd olunub. Deputatlar və baş redaktorlar kooperativ üzvləri arasında Qarabağ müharibəsi veteranları, əlillər, qaçqın və məcburi köçkün jurnalistlərin olduğunu xüsusi vurğulayıblar. Müraciət müəllifləri dövlət başçısından Milli Mətbuatın yaranmasının 132-ci ildönümündə mənzil problemi ilə üzləşmiş jurnalistlərə dəstək olmasını xahiş ediblər. Müraciəti millət vəkillərindən Qənirə Paşayeva, Elmira Axundova, Lalə Abbasova, Aynur Camalqızı, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Aqil Abbas, jurnalistlərdən isə Elçin Şıxlı, Rəşad Məcid, Cahangir Məmmədli, Qulu Məhərrəmli, Akif Aşırlı, Yunis Oğuz və Əflatun Amaşov imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR