Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərlə görüşüb

Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərlə görüşüb
# 11 iyul 2007 10:49 (UTC +04:00)
MŞ-dən APA-ya verilən məlumata görə, görüşdə məqsəd həbsdəki jurnalistlərin səhhəti və saxlanma şəraiti ilə tanışlıq, eyni zamanda Milli Mətbuatın ildönümü ərəfəsində həbsdəki media nümayəndələrinin əfvi ilə bağlı MŞ-nın ölkə başçısında edəcəyi müraciətə onların münasibətini öyrənmək olub. Hər iki jurnalist qurumun məramını yüksək qiymətləndirib.
MŞ sədri 11 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən “Lidermedia” qəzetinin baş redaktoru Məmmədəli Qəribli, əməkdaşı Nizami Hacıyev və “Aqara” Jurnalist Araşdırmalar Mərkəzinin əməkdaşı Səbuhi Bayramla da görüşüb. Həmin şəxslər daha əvvəl quruma etdikləri müraciətdə adlarının əfvlə bağlı hazırlanacaq siyahıya salınmasını xahiş ediblər. Ə. Amaşovla görüşdən sonra hər üç məhkum aclığı dayandırıb. Qurum sədri 7 il həbs cəzasına məhkum edilmiş “New-press” qəzetinin redaktoru Elşad Mehdiyevin yaxınlarını da qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR