Bank Of Baku

“Yeni xəbər” qəzeti fəaliyyətini yaxın günlərdə bərpa edəcək

“Yeni xəbər” qəzeti fəaliyyətini yaxın günlərdə bərpa edəcək
# 11 iyul 2007 14:18 (UTC +04:00)
Bu gün azadlığa buraxılmış “Yeni xəbər” qəzetinin baş redaktoru Faiq Balabəyli rəhbəri olduğu qəzetin fəaliyyətini yaxın günlərdə bərpa edəcək. Bu barədə APA-ya məlumat verən F. Balabəyli azadlığa çıxdığıına görə millət vəkili Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan Amnistiya Aktı minlərlə məhkumu və ailəsini sevindirib. Bütün məhkumlar Mehriban xanımın bu təşəbbüsünü yüksək qiymətləndirib”.
Qeyd edək ki, Səbayel Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilərək ötən il mayın 12-də həbs olunan F. Balabəylinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Apellyasiya Məhkəməsinin hökmü ilə onun cəzası 1 il 6 aya endirilib. 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan F. Balabəyli bu il mayın 9-da qəbul olunmuş Amnistiya Aktına əsasən, cəza müddətinin başa çatmasına 4 ay qalmış azadlığa buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR