ABŞ-da səfərdə KİV rəhbərləri ABŞ Dövlət Departamentində görüşlər keçiriblər

ABŞ-da səfərdə KİV rəhbərləri ABŞ Dövlət Departamentində görüşlər keçiriblər
# 12 iyul 2007 08:37 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivləri İdarəsində məlumat azadlığı layihəsinin rəhbəri, xanım Ketrin Nilsenlə görüşüblər. Görüşdə informasiya almaq məsələləri, “İnformasiya azadlığı haqqında” qanunla bağlı müzakirələr aparılıb. KİV rəhbərləri dünən “Vashington Post” qəzetinin redaksiyası ilə də tanış olublar. Onlara qəzetin müxtəlif şöbələrində 10 minə qədər işçinin çalışdığı bildirilib, nəşrlərin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bu gün isə nümayəndə həyəti “Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyası ilə tanış olduqdan sonra Florida ştatının Tampa şəhərinə gedəcək, orada yerli mətbuatın vəziyyəti və iş prinsipi ilə maraqlanacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR