Bank Of Baku

Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərin azadlığa buraxılması xahişi ilə yaxın 2 gün ərzində prezidentə müraciət edəcək

Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərin azadlığa buraxılması xahişi ilə yaxın 2 gün ərzində prezidentə müraciət edəcək
# 12 iyul 2007 14:09 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında məlumat verən Ə. Amaşov dövlət başçısına göndəriləcək siyahıda kimlərin adının olacağının hələlik dəqiqləşdirilmədiyini söyləyib.
Məlumatlara görə, həbsdə olan bir qrup jurnalistin 22 iyul Milli Mətbuat Günü münasibətilə əfv olunacağı gözlənilir. İmzalanacaq fərmanla 7 jurnalist azadlığa buraxılacağı ehtimal olunur.
Qeyd edək ki, bu günlərdə Bakıda səfərdə olmuş Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden də Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə məhz 7 jurnalistin azadlığa buraxılması barədə müzakirələr apardığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR