Bank Of Baku

Səbayel Rayon Məhkəməsi “Bakı-Xəbər” qəzetinin 4 min manat cəriməni bir il müddətində ödəməsi barədə qərar çıxarıb

Səbayel Rayon Məhkəməsi “Bakı-Xəbər” qəzetinin 4 min manat cəriməni bir il müddətində ödəməsi barədə qərar çıxarıb
# 12 iyul 2007 15:16 (UTC +04:00)
Səbayel Rayon Məhkəməsi “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin məhkəmə cəriməsini hissə-hissə ödəməklə bağlı müraciətinə baxıb. A. Quliyevin APA-ya verdiyi məlumata görə, hakim Alim Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəzetə kəsilmiş 4 min manat cərimənin bir il müddətində ödənilməsi barədə qərar çıxarılıb. A. Quliyev Apellyasiya Məhkəməsinin fevralın 9-da çıxardığı qərara uyğun olaraq qəzetin bank hesablarına həbs qoyulduğunu bildirib və qəzetin gəlirlərinin cərimələrə yönəldiyini qeyd edib. A. Quliyev cərimənin ödənməsi üçün bir qədər uzun müddət zamanın verilməsini istəsə də, hakim bunu nəzərə almayıb. A. Quliyev APA-ya açıqlamasında bu qərarın onları qane etmədiyini deyib: “Qərardan belə aydın olur ki, hər ay təxminən 300 manata qədər cərimə verməliyik. Bu da indiki şəraitdə mümkün deyil. Buna görə də məhkəmənin rəsmi qərarını alan kimi Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”. Məhkəmənin onu qane etməyən qərar qəbul etməsinə baxmayaraq, A.Quliyev yaxın günlərdə “Bakı-Xəbər”in öz nəşrini bərpa edəcəyini bildirib. Qeyd edək ki, 2005-ci ildə Səbayel Rayon Məhkəməsi Ucar Rayon İstehlak Cəmiyyətinin keçmiş sədrinin müraciəti ilə qəzeti 20 milyon keçmiş manat həcmində cərimə etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR