Bank Of Baku

Bir qrup jurnalist Səbayel Rayon Polis İdarəsi ilə bağlı məhkəməyə müraciət edib

Bir qrup jurnalist Səbayel Rayon Polis İdarəsi ilə bağlı məhkəməyə müraciət edib
# 12 iyul 2007 15:26 (UTC +04:00)
Sərbəst toplaşmaq, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının, fikri ifadə etmək azadlığının pozulduğunu iddia edən bir qrup jurnalist Bakı Şəhər Səbayel Rayon Polis İdarəsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib. Media Hüququ İnstitutundan APA-ya daxil olan məlumata görə, hüquqlarının pozulduğunu bildirən jurnalistlər Polis İdarəsinin hər iddiaçıya 10 min AZN kompensasiya ödəməsi ilə bağlı qərarın qəbul olunmasını məhkəmədən xahiş ediblər. İddia ərizəsini imzalamış Rauf Abbasov, Azər Abbasov, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Nəcizadə, Qənimət Zahid, Şahvələd Çobanoğlu və Mehman Əliyev 12 iyunda mediaya basqılara son qoyulması tələbi ilə keçirmək istədikləri piketə imkan verilmədiyini, polis tərəfindən amansızlıq nümayiş olunduğunu bildiriblər. Həmin aksiyaya 25-30 tanınmış jurnalistin qatıldığı qeyd olunub və polis tərəfindən zor tətbiq edilməklə dağıdıldığı, Qənimət Zahid, Rauf Arifoğlu, Şahvələd Çobanoğlu və Zabil Müqabiloğlunun zor tətbiq olunmaqla həbs edildiyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR