Bank Of Baku

“Gündəlik Azərbaycan” qəzetinin iki əməkdaşı mühacirətə getmək fikrindən daşınıb

“Gündəlik Azərbaycan” qəzetinin iki əməkdaşı mühacirətə getmək fikrindən daşınıb
# 12 iyul 2007 15:46 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında məlumat verən qəzetin redaktoru Üzeyir Cəfərov həmin əməkdaşların adlarını açıqlamaq istəməyib. O, digər jurnalistlərin siyahısının sığınacaq üçün müraciətlərinə müsbət cavab verən iki Avropa ölkəsinin Azərbaycandakı səfirliklərinə təqdim edildiyini deyib: “Səfirliklər bizdən sığınacaq istəyən jurnalistlərin siyahısını istəmişdi. Siyahını dəqiqləşdirəndə iki həmkarımız mühacirətə getmək istəmədiyini, ölkədə mətbuata təzyiqlər davam edəcəyi təqdirdə, gələcəkdə bu addımı atacaqlarını bildirdilər”.
Qeyd edək ki, xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərdən 18-i “Gündəlik Azərbaycan”, 3-ü “Azadlıq”, 1-i “Bakı-Xəbər”, 1-i isə “Yüksəliş Naminə” qəzetlərinin əməkdaşlarıdır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR