Bank Of Baku

Mirzə Sakit aclığı davam etdirir

Mirzə Sakit aclığı davam etdirir
# 13 iyul 2007 09:12 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mirzə Sakit altı gündür ki, aclıq edir. Bu barədə APA-ya Mirzə Sakitin qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. Q. Zahidin sözlərinə görə, ürək ağrılarından və əsəb xəstəliyindən əziyyət çəkən məhbus ona Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı tibbi yardım almaq üçün şərait yaradılmadığı üçün yenidən bu aksiyaya əl atıb: “Bir qədər əvvəl onu müalicəsi başa çatmadan xəstəxanadan həbsxanaya qaytardılar, indi isə müalicə müəssisəsinə aparmırlar”. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə APA-ya bildirilib ki, M. Sakitin aclıq etməsi barədə onlarda məlumat yoxdur: “İdarəyə onun aclığa başlaması barədə ərizə daxil olmayıb. Məhbusun Müalicə Müəssisəsinə köçürülməsi isə həkimlərin və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəyi əsasında mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR