Bank Of Baku

Şahvələd Çobanoğlu: “Hazırda “Gündəlik Azərbaycan” qəzetinin nəşrini bərpa etmək üçün heç bir şans yoxdur”

Şahvələd Çobanoğlu: “Hazırda “Gündəlik Azərbaycan” qəzetinin nəşrini bərpa etmək üçün heç bir şans yoxdur”
# 13 iyul 2007 14:01 (UTC +04:00)
“İndiki məqamda “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin nəşrini bərpa etmək mümkün deyil. Buna baxmayaraq, biz bütün imkanlardan istifadə edib qəzetin nəşrə başlamasına çalışırıq”. Bu fikirləri APA-ya açıqlamasında “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bildirib. Onun sözlərinə görə, hazırda qəzetin nəşrinə problemlər yaradan bir sıra məsələlər var. Bunlar redaksiyaya məxsus kompüterlərin prosessorlarının Milli Təhlükəsizlik Nazirliyində saxlanılması, qəzetin bank hesablarına həbs qoyulması, redaksiyanın bağlanması, mühasibat sənədlərinin istintaqda olmasıdır: “MTN-dən bizə bildirirlər ki, prosessorlarla bağlı araşdırmalar hələ başa çatmayıb və onlar istintaq üçün nə zaman əhəmiyyətli olmasa, o zaman geri qaytarılacaq. Bundan başqa bizim nəşriyyata xeyli borcumuz var. Amma bank hesablarımıza həbs qoyulduğu üçün biz həmin borcları qaytara bilmirik. Bu məsələlər kompleks həll olunmalıdır ki, biz nəşrə başlayaq”. Ş. Çobunoğlu hazırda qəzetin nəşri üçün heç bir şansın olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR