Mətbuat Şurası 7 jurnalistin əfv olunması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib

Mətbuat Şurası 7 jurnalistin əfv olunması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib
# 13 iyul 2007 14:47 (UTC +04:00)
Məlumata görə, Mətbuat Şurası İdarə həyətinin bu gün keçirilən iclasında jurnalistlərin əfv ilə bağlı prezidentə ünvanlanacaq müraciətə adı daxil ediləcək şəxslər dəqiqləşdirilib. Siyahıya “Noto-bene” qəzetinin baş redaktoru Fərəməz Allahveriyevin, “Sənət” qəzetinin baş redaktoru Samir Hüseynovun, publisist Rafiq Tağının, “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovun, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadənin, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Elnulla Fətullayevin adları daxil edilib. Həmçinin, məhbus həyatı yaşayan “Lider Media” qəzetinin sabiq baş redaktoru Məhəmmədəli Qəribov və redaktoru Nizami Hacıyevlə bağlı yenidən araşdırmalar aparılması üçün də müvafiq müraciətin göndərilməsi razılığına gəlinib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR