İyulun 19-da Azərbaycan Mətbuat Şurasının yeni ofisinin açılışı olacaq

İyulun 19-da Azərbaycan Mətbuat Şurasının yeni ofisinin açılışı olacaq
# 13 iyul 2007 15:32 (UTC +04:00)
Mətbuat Şurası İdarə Heyətinin bu gün keçirilən iclasında milli mətbuatımızın yaranmasının 132-ci ildönümü münasibətli ilə görüləcək işlər müzakirə edilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iclasda qərara alınıb ki, iyulun 19-da Mətbuat Şurası ənənəvi qəbul mərasimi keçirsin. Bildirilir ki, həmin gün Mətbuat Şurasının yeni ofisinin açılışı da gözlənilir. İclasda Azərbaycan mətbuatın yaranmasının ildönümünün yüksək səviyyədə qeyd olunması üçün ölkə rəhbərliyi qarşısında KİV-in maddi-texniki durumunun yaxşılaşdırılması ilə bağlı qaldırılacaq məsələlərlə əlaqədar da müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR