Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan redaktorları Ədliyyə Nazirliyini məhkəməyə verib

“Müxalifət” qəzetinin həbsdə olan redaktorları Ədliyyə Nazirliyini məhkəməyə verib
# 13 iyul 2007 15:39 (UTC +04:00)
Hazırda həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadə saxlanma şəraitindən narazı olduqları üçün Ədliyyə Nazirliyini məhkəməyə verib. Media Hüququ İnstitutundan APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasında saxlanılan jurnalistlər Yasamal Rayon Məhkəməsinə təqdim etdikləri şikayət ərizəsində bildiriblər ki, barələrində həbs-qətimkan tədbiri seçildiyi andan hüquq pozuntularına məruz qalıblar. 16 may 2007-ci il tarixdə həbs edildikdən sonra onları, hökmdə nəzərdə tutulduğu kimi, 1 saylı istintaq təcridxanasına yox, Yasamal Rayon Polis İdarəsinə apararaq 2 gün orda saxlayıblar. Bir gün ac qalan jurnalistlərin saxlanıldığı yer barəsində onların vəkili Rəşid Hacılıya və qohumlarına bilgi belə verilməyib. R. Kəbirli və Y. Ağazadə hazırda saxlanıldıqları ümumi ərazisi 40 kv. metrə yaxın olan kamerada havanın dəyişməsi üçün heç bir avadanlıq quraşdırılmayıb: “Kamerada 24 çarpayı olsa da, məhbusların sayı 30-a çatır, məhkumlar növbə ilə yatmağa məcbur olurlar. Havaların isti keçməsi, birmərtəbəli kameranın üstünün qırla örtülməsi, məhkumların sayının çoxluğu, onların əksəriyyətinin siqaret çəkməsi kameradakı atmosferi dözülməz edir. Təcridxanada məhbuslara vəkilləri ilə normal təmas qurmaq şəraiti yaradılmayıb. Jurnalistlərin öz vəkilləri ilə təklikdə və konfidensial görüşmələrinə imkan verilmir, bütün görüşlər məhkəmə nəzarətçisi tərəfindən izlənilir”.
Müraciətin sonunda R. Kəbirli və Y. Ağazadə Yasamal Rayon Məhkəməsindən həbsdə saxlanılma şəraitinin, vəkillə konfidensial görüşlərinin təmin edilməməsinin qanunsuz sayılması, normal şəraitlə təmin olunmuş başqa kameraya keçirilmələri və ya həmin kameranın normativlərə uyğunlaşdırılması, onlara vurulmuş mənəvi zərərə görə cavabdehin şikayətçilərə 100 min manat ödəməsi barədə qərar qəbul etməyi xahiş ediblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR