ABŞ-da səfərdə olan KİV rəhbərləri Florida ştatında görüşlərə başlayıblar

ABŞ-da səfərdə olan KİV rəhbərləri Florida ştatında görüşlərə başlayıblar
# 14 iyul 2007 07:46 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, nümayəndə heyəti ilkj öncə Tampa şəhərində Poynter Media İnstitutunda olublar. Media nümayəndələrinə bu mərkəzdə keçirilən seminarlar, institutun yaranma tarixi, pulsuz jurnalistika kursları, burada yeni fəaliyyətə başlamış reportyorlar, dizaynerlər üçün təlim kurslarının təşkil olunması barədə məlumat verilib. İnstitutun əməkdaşı Robert M. Steele ABŞ-da mətbuat sahəsində problemlər olduğunu, məlumat azadlığının bəzi hallarda pozulduğunu, bəzi təşkilatlardan məlumat almağın çətinləşdiyini deyib. Daha sonra nümayəndə heyəti “St.Petersburq Times” qəzetinin fəaliyyəti ilə tanış olublar. Qəzetin inzibati məsələlər üzrə redaktoru Cim Boos mətbu orqanının 1884-cü ildə təsis olunduğunu deyib. Onun sözlərinə görə, qəzetin gündəlik tirajı 300 min, şənbə və bazar buraxılışlarının tirajı isə 400 mindir. ABŞ-ın 20 ən böyük nəşrindən biri olan “St.Petersburq Times” keyfiyyət reytinqlərindən ilk onluqda qərarlaşır. Bu nəşr daha çox araşdırma və reportajları ilə məşhurdur. Qəzetin 360 yaradıcı və 1400 texniki işçisi var. Qəzetdə 140 reportyor, 40 fotoqraf, 80-90 redaktor fəaliyyət göstərir. Qəzetin tirajının 70 faizi abunə yolu ilə satılır. Azərbaycanın bir qrup kütləvi informasiya vasitələrinin rəhbərlərinin Florida ştatına səfəri davam edir. Nümayəndə heyətinin tərkibinə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Day.az” internet portalının baş redaktoru Elnur Baimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Yeni Zaman” qzəetinin baş redaktoru Şakir Habiloğlu daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR