Bank Of Baku

BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzeti arasında məhkəmə çəkişməsi başa çatıb

<b>BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzeti arasında məhkəmə çəkişməsi başa çatıb</b>
# 14 iyul 2007 09:18 (UTC +04:00)
Bakı Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti ilə “Alternativ” qəzeti arasında məhkəmə çəkişməsi başa çatıb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb “Alternativ” qəzetində dərc edilən “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir?” sərlövhəli silsilə yazılara görə Abel Məhərrəmovdan və universitet əməkdaşlarından üzr istəməsidir. Bildirilir ki, qəzetdə üzrxahlıq yazısı dərc ediləndən sonra iddiaçılar qarşı tərəfi bağışlamaq qərarına gəlib.
Xatırladaq ki, “Alternativ” qəzetində “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir?” sərlövhəli silsilə yazıların dərc olunmasını, orada rektor Abel Məhərrəmovun, universitet əməkdaşlarının şərəf-ləyaqətinin alçaldılmasını əsas gətirən BDU-nun professor-müəllim heyəti Yasamal Rayon Məhkəməsindən qəzetin baş redaktoru Mikayıl Kərimovun cinayət məsuliyyətinə cəlb olunmasını barədə hökm çıxarmağı xahiş etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR