Bank Of Baku

Eynulla Fətullayev yenə də ifadə verməkdən imtina edir

Eynulla Fətullayev yenə də ifadə verməkdən imtina edir
# 14 iyul 2007 09:42 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə elan edilən ittihamla bağlı bu günə qədər ifadə verməyib. E.Fətullayevin vəkili Aydın Nəzərli APA-ya bildirib ki, baş redaktorla dünən görüşüb, onun səhhəti normaldır. Vəkil deyib ki, E. Fətullayev ifadə verməkdən imtina etdiyi üçün elan edilən ittihamla bağlı dindirilmir: “Dünən Ombudsman Elmira Süleymanova da onunla görüşüb. Eynulla Fətullayev dedi ki, Ombudsmana günahsız olduğunu, obyektiv araşdırma aparılmasının tərəfdarı olduğunu deyib”. Mətbuat Şurasının əfvlə bağlı prezidentə ünvanladığı müraciətdə E. Fətullayevin də adının olmasına münasibət bildirən vəkil bu məsələyə normal yanaşdığını deyib: “Bu, prezidentin səlahiyyəti daxilində olan məsələdir. Dövlət başçısı bu səlahiyyətdən istifadə edib istənilən şəxsi əfv edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR