Bank Of Baku

Güney Azərbaycanın mətbuat tarixi ilə bağlı bir sıra materiallar ilk dəfə üzə çıxarılacaq

Güney Azərbaycanın mətbuat tarixi ilə bağlı bir sıra materiallar ilk dəfə üzə çıxarılacaq
# 16 iyul 2007 10:17 (UTC +04:00)
Türkiyəli Azərbaycanşünas alim Ənvər Uzun Güney Azərbaycanın mətbuat tarixi ilə bağlı geniş tədqiqat aparır. Bu barədə APA-ya məlumat verən Ənvər Uzunun bildirdiyinə görə, 600 səhifədən artıq material toplayıb. Bu materialların əksəriyyətinin ilk dəfə üzə çıxarıldığını bildirən alim tədqiqatlarını payızda kitab şəklində çap etdirməyi nəzərdə tutub. İran və Azərbaycanla yanaşı, mühacirətdə çıxan mətbuat vasitələri haqqında da bitkin məlumatların yer aldığı bu mənbə 1812-2007-ci illəri əhatə edəcək. Güney Azərbaycanın mətbuat tarixinin 1812-ci ildən başladığını qeyd edən alimin kitabında hər mətbuat nümunəsi haqqında məlumat və şəkillər veriləcək. Nəşrlərlə yanaşı, tədqiqata divar qəzetləri, milli oyanış hərəkatını əks etdirən gizli vərəqələr, “İntibahnamə” və “Şəbnamələr” haqqında da geniş məlumatlar ilk dəfə üzə çıxarılacaq. “Güney Azərbaycanın mətbuat tarixi” adlı bu kitabın Bakıda və Türkiyədə nəşri nəzərdə tutulub. Qeyd edək ki, doktor Ənvər Uzun Güney Azərbaycan tarixinə dair bir sıra araşdırmaları, eləcə də “100 Güney Azərbaycan şairi”, “Güney Azərbaycan ədəbiyyatında milli oyanış”, “İran türk folkloru”, “Zərdüşt və atəşpərəstlik” və s. kitabları ilə tanınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR