“Bakı-Xəbər”in əməkdaşları üçün neytrallıq treninqləri keçirilib

“Bakı-Xəbər”in əməkdaşları üçün neytrallıq treninqləri keçirilib
# 16 iyul 2007 13:03 (UTC +04:00)
“Bakı-Xəbər” qəzetinin neytral və müstəqil nəşr olaraq öz fəaliyyətini davam etdirməsi üçün qəzetin əməkdaşlarına treninqlər keçirilib. Bu barədə APA-ya baş redaktor Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq əməkdaşlar neytral mövqedən informasiya və məqalələr yazmağa hazırdır. O, bundan sonra “Bakı-Xəbər”in heç bir siyasi qüvvəyə yaxın olmayacağını, müstəqil mətbuat orqanı olaraq dərc ediləcəyini deyib. A. Quliyev nəşrin bərpa işlərinin tam yekunlaşdığını və yaxın günlərdə qəzetin satışda olacağını vurğulayıb. Baş redaktor çap üçün bəzi xırda problemlərin qaldığını və qısa müddətdə bunların də həll olunacağını qeyd edib. O, qəzetin dərc olunacağı vaxtla bağlı konkret müddət söyləməyib. A. Quliyev qəzetin binasını dəyişəcəyini də istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR