Mirzə Sakit tezliklə Müalicə Müəssisəsinə köçürüləcək

Mirzə Sakit tezliklə Müalicə Müəssisəsinə köçürüləcək
# 16 iyul 2007 14:30 (UTC +04:00)
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib. Məlumata görə, S. Zahidovun Müalicə Müəssisəsinə köçürülməsi barədə həkim rəyi hazırdır, həmin rəy nazirliyin Baş Tibb İdarəsinə göndərilib. Penitensiar Xidmətdən onu da bildiriblər ki, S. Zahidov aclıq aksiyanı iyulun 14-də dayandırıb. Məhbusun qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid APA-ya bildirib ki, S. Zahidovla ötən şənbə günü görüşüb. Redaktorun sözlərinə görə, Müalicə Müəssisəsinə köçürülməsi tələbi ilə aclıq edən S. Zahidova yaxın günlərdə xəstəxanaya köçürüləcəyi barədə həkim rəyi veriləndən sonra o, aclığı dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR