Samir Sədaqətoğlu və Rafiq Tağının barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti veriləcək

Samir Sədaqətoğlu və Rafiq Tağının barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti veriləcək
# 16 iyul 2007 16:03 (UTC +04:00)
“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağının barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti veriləcək. Bu barədə APA-ya təqsirləndirilən şəxslərin vəkili İsaxan Aşurov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmənin hökmü əldə edildikdən sonra kasasiya şikayəti hazırlanaraq məhkəməyə təqdim olunacaq.
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “Sənət qəzeti”nin 2006-cı il 1 noyabr tarixli sayında çıxan “Avropa və biz” yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR