Mais Məmmədov: “Yenidən bu ömrü yaşamağa hazıram”
- Bu günlərdə 69 yaşınızı qeyd etdiniz. Bu yaşın ovqatı necədir?
- Məşhur bir rus mahnısı var, “Den rojdeniye qrustnıy prazdnik”. Əvvəllər bu mahnını eşidəndə təəccübləndirdim ki, niyə məhz kədərli bayram? İndi hər şeyi başa düşürəm. Artıq ömür azalır. Müəyyən yaşa kimi ümidlə yaşayırsan, fikirləşirsən ki, vaxt gələcək, hər şey olacaq. Amma zaman keçir və başa düşürsən ki, heç nə olmayacaq. Əslində, deyə bilmərəm ki, bu mənim üçün qara bayramdır.
- Yaşadığınız ömürdən razısınız?
- Əlbəttə razıyam. Mən yenidən bu ömrü yaşamağa hazıram. Həyatda çox çətinliklərim olub. Heç vaxt ağlıma gəlməzdi ki, atəş altına düşə bilərəm. Müharibə vaxtı jurnalist kimi Qarabağda olmuşam. Bir dəfə operatorum Nadir Zeynalovla məni ermənilər atəşə tutmuşdular. Sonra Nadir atəş zolağından çıxdı, mən qaldım. Qarabağda burnumla özümə səngər qazmışam. Ancaq bunların heç biri ilə öyünmürəm. Hesab edirəm ki, bu mənim borcum olub. Ancaq hərdən yanıb tökülürəm ki, bu ölkədə cəmi iki sevimli sənət var - biri sürücülük, digəri isə alverçilikdir. Bakının bütün binalarının zirzəmiləri ya dükan, ya kababxana, bütün küçələri isə taksilərdir. Hər binanın tinində iyirmi taksi dayanır. Bununla ölkəni qaldırmaq olmaz axı...
- Uzun illərdir, ANS-də çalışırsınız. Buradakı fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Nə mən ANS-i, nə də ANS məni heç vaxt unutmayıb. Səhhətimdə ciddi problemlərin yaramasına baxmayaraq həmişə bu televiziyada işləmişəm. Ad günümdə bütün ANS-çilər mənə zəng vurub təbrik etdilər.
- İndi çoxları elə fikirləşir ki, ANS əvvəlki deyil...
- Hər kəsin öz fikri var. Bizdə əsas proqram xəbərlərdir. Ola bilsin ki, ANS-də cürbəcür şoular yoxdur. Yeni mövsümdən ANS-dəki yeniliklərin şahidi olacaqsınız. Mən bilirəm ki, ölkədə insanlar xəbəri ANS-dən izləyir. Mən bununla fəxr edirəm.
- ANS fəaliyyətini bərpa edəndən sonra televiziyaya xüsusi nəzarətçinin təyin olunduğu söylənilir...
- ANS-də nəzarətçi yoxdur, bu şayiədir. Kim istəyir, buyurub, gəlib baxa bilər. Siz ANS-dən başqa hansı televiziya kanalında müxalifət liderini görə bilərsiniz? Ölkədə mitinqlər olanda ANS-dən başqa kim işıqlandırır? Biz çalışırıq ki, hər iki tərəfin mövqeyini işıqlandıraq. Biz işləyirik. Hansı televiziyada “İç xəbər” kimi proqram var? Hər həftə ölkənin müxtəlif regionundan yüzlərlə məktub alırıq.
- ANS bağlananda cəmiyyətin reaksiyası Sizi qane etdimi?
- Bəziləri hətta deyirdi ki, gəlin küçəyə çıxıb mitinq edək. Biz razı olmadıq. Başa düşürdük ki, mitinq bizə yox, bəzi siyasi qüvvələrə lazımdır. Azərbaycan prezidenti İlham Əliyev müsahibəsində ANS televiziyasına dəfələrlə dayaq olduğunu söylədi. Heydər Əliyev birinci dəfə Klivlend xəstəxanasında olanda hamıdan qabaq Mir Şahinə zəng vurub danışdı, səhhətinin yaxşı olması barəsində Azərbaycan xalqına məlumat çatdırmasını istədi və yaxın günlərdə vətənə dönəcəyini bildirdi. Niyə Heydər Əliyev başqa televiziyalara zəng etməmişdi? O, bilirdi ki, informasiya kanalı ANS-dir. Televiziyamızın bağlanması bir tərəfdən pis olsa da, digər tərəfdən kimin-kim olduğunu bizə tanıtdı. Gördük ki, kim dostdur, kim fırıldaq... O boyda Milli Məclisdən cəmi 25 adam imza atdı bizim müraciətimizə. Əvvəl hamısı dost idilər axı... Nə isə çox şeylər var, amma qoy qalsın. Bizə dəstək verənlər də az olmadı. Prezident İlham Əliyev, Mehriban Əliyeva, Hacı Allahşükür Paşazadə, Oqtay Mirqasımov, Fərhad Xəlilov və digər insanların bizə qarşı müsbət reaksiyasını gördük. Biz ANS-in tarixini mütləq yazmalıyıq. Heç kim deyə bilməz ki, bizə nəsə verib. 16 ildir ki, bizim binamız yoxdur, bütün yerlər icarəyə götürülüb. Bəzi mətbuat orqanları da bizə dəstək oldu. Amma elə insanlar da var ki, bizim haqqımızda olmazın böhtanlar söyləyirdi. Çingiz Mustafayevin Xəzərdəki neft yataqlarının yerini göstərən xəritəni bp-yə sataraq 20 milyon pul aldığını, bu pulla da ANS-i açıldığını yazırdılar. Belə yalan olmaz axı... Mənin Eynulla Fətullayevə yazığım gəlir, Allah ona kömək olsun. Sən axı mikrofon deyilsən, jurnalistsən, fikirləşməlisən. Bu reketlikdir, kimlərsə nə isə qazanmaq istəyirlər. Soruşun görək, indiyə kimi ANS-də bir nəfər rüşvət alıb? Vahid Mustafayev sutkada 48 saat işləmək istəyir.
- Sizcə, Azərbaycan jurnalistikasında nə çatışmır?
- Ali məktəbi bitirib ANS-ə işləməyə gələn gənc jurnalistlər heç nə bilmirlər. Sabah institutu bitirib ANS-ə işləməyə gələn şəxsi işə götürə bilmərik. Ona görə də, ANS-də kurslar açmışıq. Məsələn, ali məktəblərdə prodüserlər hazırlanmalıdır. Lazımdırsa, xaricdən mütəxəssislər çağırmaq lazımdır. Televiziyanın işi çox çətindir, peşəkar texniki işçilər demək olar ki, tapılmır. Jurnalistika fakültələrinin isə proqramı tamamı ilə dəyişdirilməlidir. Belə proqramla işləmək olmaz.
- Təqaüdə niyə çıxmırsınız?
- Mən uzaqbaşı on gün dincələ bilərəm. On gündən sonra üzümü taraş edib, ağ köynək geyinib işə çıxmasam, Aşqabad batan kimi bataram. Məni iş saxlayır. Ömrümün sonuna kimi işləmək fikrindəyəm. /APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Vens amerikalıları bir qrup dəli demokrata səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb