Bank Of Baku

“MQF Xəbər” qəzeti fəaliyyətə başlayıb

“MQF Xəbər” qəzeti fəaliyyətə başlayıb
# 17 iyul 2007 10:47 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu (MQF) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “MQF Xəbər” qəzetinin elektron variantı layihəsini həyata keçirməyə başlayıb. MQF-dən APA-ya verilən məlumata görə, qəzet Foruma daxil olan 400-dən artıq təşkilatın, eləcə də digər QHT-lərin həyatında baş verən yenilikləri, onların vətəndaş cəmiyyəti quruculuğunda reallaşdırdığı layihələrin gedişini işıqlandıracaq. Bundan başqa, qəzetdə ölkənin sosial, ictimai həyatına aid məlumatlar, beynəlxalq QHT təcrübəsi haqda materiallar, QHT-lərin qarşılaşdıqları problemlər əksini tapacaq. Qəzetin baş redaktoru Səfər Alışarlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR