Bank Of Baku

Demokratik Jurnalistlər Liqası “Regionlarda “Diffamasiya haqqında” qanun layihəsinin vəkilliyi” adlı layihənin icrasına başlayıb

Demokratik Jurnalistlər Liqası “Regionlarda “Diffamasiya haqqında” qanun layihəsinin vəkilliyi” adlı layihənin icrasına başlayıb
# 17 iyul 2007 12:16 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqası Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və Avrasiya Fondunun təşkilatçılığı ilə “Regionlarda “Diffamasiya haqqında” qanun layihəsinin vəkilliyi” adlı layihənin icrasına başlayıb. Təşkilatdan APA-ya daxil olan məlumata görə, “Diffamasiya haqqında” qanunun regionlarda çalışan media mənsubları arasında geniş təbliğinə yönələn bu layihə 4 bölgədə həyata keçiriləcək. 6 ay davam edəcək layihə zamanı “Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı yerli jurnalistlərə təlim keçiriləcək, region QHT fəallarının iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək. Layihənin yekununda Bakı şəhərində “Diffamasiya haqqında” qanun layihəsini hazırlayan işçi qrupun üzvləri, millət vəkilləri, hüquqşünaslar, QHT və KİV nümayəndələrinin iştirakı ilə “Diffamasiya: Günümüzün reallıqları” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR