Bank Of Baku

ATƏT məhkəmənin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində çıxardığı qərarı müsbət qarşılayır

ATƏT məhkəmənin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində çıxardığı qərarı müsbət qarşılayır
# 18 iyul 2007 11:15 (UTC +04:00)
Bu barədə APA-ya Qurumun Bakı Ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, ATƏT-in Bakı Ofisi Yasamal rayon Məhkəməsinin Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) istinad edilərək “Azadlıq” qəzetinin baş redaktoruna qarşı böhtanla bağlı ittihamların götürülməsinə dair qərarını müsbət qarşılayır. Qurumun Bakı Ofisinin rəhbəri səfir Xose Luis Herero bildirib ki, AİHM-in presedent hüququnun Azərbaycan məhkəmələri tərəfindən istifadəsi ümumi hal alsa, ölkədə media azadlığı sahəsində əhəmiyyətli irəliləyiş müşahidə olunar: “Biz bu meyli dəstəkləyirik. Avropa Məhkəməsi qanunları vətəndaşların ləyaqətlərinin qorunmasında və söz azadlığının təmin olunmasında müvafiq balansı təmin edir”.
Qeyd edək ki, Yasamal rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında İmişli Rayon Dəmiryolu İdarəsinin rəisi Fəyyaz Xankişiyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya baxılmayıb. Prosesdə müdafiə tərəfi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edib. Qısa müşavirədən sonra məhkəmə iddianın icraata götürülməsindən və baxılmasından imtina edib. İttiham tərəfi qəzetin 20 min manat məbləğində cərimələnməsini, baş redaktorun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR