Bank Of Baku

YAP 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib

YAP 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib
# 19 iyul 2007 10:03 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov mətbuatın demokratik proseslərdə daim fəal iştirak etdiyini bildirib. Onun sözlərinə görə, mətbuatın azad fəaliyyət göstərməsi üçün Azərbaycanda vacib olan bütün tədbirlər həyata keçirilib. Belə Ki, istənilən şəxs qəzet təsis edə, heç kimdən asılı olmadan məlumatlar yaya bilər. Ə. Əhmədov ölkə prezidentinin də daim mətbuata qayğı göstərdiyini qeyd edib: “Dəfələrlə mətbuatla bağlı sərəncamlar imzalanıb. Amma sözsüz ki, mətbuatın da problemləri var və bunların aradan qaldırılması üçün də addımlar atılır. Mətbuatın bundan sonra daha da inkişaf etməsi üçün siyasi partiyaların qəzet təsisçiliyindən imtinasını vacib sayıram. Və yaxud partiyaların təsis etdiyi qəzetlər obyektiv, tərəfsiz məlumat yaymaq iddiası ilə çıxış etməməlidirlər. Bununla da mətbuatdakı pərakəndəliyin aradan qaldırılması mümkündür”. Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov iqtidar partiyasının mətbuatın problemləri ilə bağlı mütəmadi olaraq tədbirlər keçirməsini müsbət hal kimi dəyərləndirib. O, Azərbaycanda mətbuatın tiraj baxımından səviyyəsinin inkişaf etmiş ölkələrdəki qəzetlərin səviyyəsindən çox aşağı olduğunu vurğulayıb: “Ona görə də mətbuatın iqtisadi durumunun yaxşılaşması üçün fəaliyyət göstərməyə ehtiyac var. Hazırda Mətbuat Şurasında müzakirələr gedir və ola bilsin ki, yaxın vaxtlarda Şura partiyalara qəzet təsisçiliyindən imtina olunması ilə bağlı müraciət edəcək”. Toplantının sonunda bir sıra KİV əməkdaşları partiya tərəfindən mükafatlandırılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR