Bank Of Baku

Masallıda “Yeni həyat” qəzetinin 75 illik yubileyi qeyd olunub

Masallıda “Yeni həyat” qəzetinin 75 illik yubileyi qeyd olunub
# 19 iyul 2007 13:41 (UTC +04:00)
Masallıda çıxan “Yeni həyat” qəzetinin ilk nömrəsinin çapdan çıxmasından 75 il ötür. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə iyulun 19-da rayon mədəniyyət sarayında yubiley mərasimi keçirilib. Tədbirdə qəzetin redaktoru Əyyub Mehdiyev geniş məruzə ilə çıxış edərək “Yeni Həyat”ın keçdiyi şərəfli yoldan, Masallının ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan danışıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin üzvləri Sabir Rüstəmxanlı və Əhəd Abıyev qəzetin yaradıcı kollektivinə təbriklərini çatdırıblar. Mərasimin sonunda “Yeni həyat” qəzetinin yaradıcı işçilərinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AKİVİHİ) media mükafatları təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR