Bank Of Baku

Nəcəf Nəcəfov Fondu: “Azərbaycanın KİV-lərinin böyük əksəriyyəti üçün qanun, etika normaları meyar deyil”

Nəcəf Nəcəfov Fondu: “Azərbaycanın KİV-lərinin böyük əksəriyyəti üçün qanun, etika normaları meyar deyil”
# 19 iyul 2007 14:22 (UTC +04:00)
Bu gün Nəcəf Nəcəfov Fondunun 2006-cı ilin oktyabrından 2007-ci mayınadək 20 mətbuat orqanı ilə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, nəticələrin açıqlanmasına həsr olunmuş tədbirdə çıxış edən fondun təsisçilərindən Şahin Hacıyev bildirib ki, monitorinq mətbuatın “KİV haqqında” qanuna və jurnalist etikasına riayət etməsini müəyyənləşdirmək məqsədi ilə bağlı aparılıb. Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın yazılı və elektron KİV-lərinin böyük əksəriyyəti üçün qanun, etika normaları meyar deyil. KİV-də təhqiredici, kompromat, sifariş və böhtan xarakterli materialların dərci adi hadisədir. 20 mətbu orqanla bağlı aparılmış monitorinqin nəticəsində 34 pozuntu qeydə alınıb ki, bunlardan 8-i böhtan xarakterli, 7-si sifarişli yazı, 12-si yalan və ya yoxlanılmamış informasiyadır, 3 halda jurnalist etikası, 4 halda digər media-effekt üslubda pozuntu qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR