Bank Of Baku

Mətbuat Şurasının yeni ofisinin açılışı olub

Mətbuat Şurasının yeni ofisinin açılışı olub
# 19 iyul 2007 15:59 (UTC +04:00)
Binanın qarşısında keçirilən yığıncaqda giriş sözü ilə çıxış MŞ sədri Əflatun deyib ki, rəhbərlik etdiyi qurum indiyədək köhnə ofisində 7 minə yaxın şikayət araşdırıb, 300-ə yaxın rəy, 150-dən çox qərar verib, mətbuatın iqtisadi durumunun yaxşılaşması ilə bağlı proqram layihəsi hazırlayıb, mətbuat-iqtidar münasibətlərinin normallaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib: “Yeni ofisdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, mətbuat-hakimiyyət, mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində yaxından iştirak edəcəyik”.
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında deyib ki, bina dövlət tərəfindən təmənnasız olaraq MŞ-yə verilib. Şöbə müdiri binanın təmiri və avadanlıqlarla təminatının da dövlətin hesabına həyata keçirildiyini bildirib. PA rəsmisi MŞ-nin cəmiyyətdə artıq öz yerini tapdığını vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi də açılış mərasiminə qatılıb, yeni ofisin açılması və 22 İyul - Mətbuat Günü münasibəti ilə mətbuat nümayəndələrini təbrik edib.
Çıxışlar başa çatandan sonra ofisin qırmızı lenti kəsilib. Tədbir iştirakçıları MŞ-nin yeni ofisi, yaradılan iş şəraiti ilə tanış olublar. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR