Bank Of Baku

Azərbaycan Mətbuat Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə ziyafət təşkil edib

Azərbaycan Mətbuat Şurası 22 iyul  Milli Mətbuat Günü münasibətilə ziyafət təşkil edib
# 19 iyul 2007 16:19 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə ziyafət təşkil edib. APA-nın məlumatına görə, tədbirdə media nümayəndələri, ziyalılar, millət vəkilləri, hökumət təmsilçiləri iştirak ediblər. Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərini peşə bayramları münasibətilə təbrik edib. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da media nümayəndələrini təbrik edərək, demokratik cəmiyyətin formalaşmasında mətbuatın rolundan danışıb. Sonra tədbir bayram ziyafəti ilə davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR