Bank Of Baku

Media Hüququ İnstitutu medianın hüquqi durumu ilə bağlı yarımillik hesabatını açıqlayıb

Media Hüququ İnstitutu medianın hüquqi durumu ilə bağlı yarımillik hesabatını açıqlayıb
# 20 iyul 2007 10:46 (UTC +04:00)
Media Hüququ İnstitutu (MHİ) 2007-ci ilin birinci yarısında medianın hüquqi durumu ilə bağlı hesabatını açıqlayıb. APA-nın məlumatına görə, qurumun rəhbəri Rəşid Hacılı bu məqsədlə mətbuat konfransı keçirib. Onun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycan mediası ağır dönəm yaşayıb. Bu mərhələdə hüquqi və qeyri-hüquqi vasitələr söz azadlığına qarşı işləyib. Həm çap mediası, həm də elektron medianın ciddi sınaqlar qarşısında qaldığını bildirən R. Hacılı hazırda 7 jurnalistin həbsdə olduğunu vurğulayıb. Ötən müddət ərzində Türkiyənin Kanal D telekanalının bağlanması, STV və Rusiya kanallarının bağlanacağı ilə bağlı yayılan məlumatlar hesabatda öz əksini tapıb: “Bu müddətdə ölkədə yeni telekanal açılmayıb. Reklam bazarı mətbuatda kifayət qədər zəif olub. Bu da mətbuatın zəifləməsinə səbəb olur”. Hesabatda həmçinin ötən müddət ərzində bir neçə qəzetin öz çapını dayandırdığı qeyd olunub, internet resurslarının hələ də geniş yayılmadığı, istifadəçilərin sayının az olduğu vurğulayıb. Tədbirdə iştirak edən ekspertlər hesabata və burada öz əksini tapan faktlara münasibət bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR