Redaktorlar Səbayel Rayon Məhkəməsinin hakimi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət ediblər

Redaktorlar Səbayel Rayon Məhkəməsinin hakimi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət ediblər
# 20 iyul 2007 10:48 (UTC +04:00)
Redaktorlar Birliyi Səbayel Rayon Məhkəməsinin hakimi Yusif Kərimovla bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılının APA-ya verdiyi məlumata görə, şikayətdə hakimin əsassız olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı qaldırılmış iddianı geri qaytardığı qeyd olunub. İnstitut rəhbərinin sözlərinə görə, bir qrup baş redaktorun dəfələrlə Sabir bağında piket təyin etməsinə baxmayaraq, BŞİH aksiyaya icazə verməyib. Hakim isə BŞİH-lə bağlı məhkəməyə edilmiş müraciəti geri qaytarıb və əlavə sənədlər tələb edib. R. Hacılı iddianın geri qaytarılması üçün heç bir hüquqi əsasın olmadığını deyib: “İddia geri qaytarılan zaman göstərilib ki, guya hansısa sənədlər iddia ərizəsinə əlavə olunmalıdır. Amma bu sənədlərin heç biri prosedurda nəzərdə tutulmayıb”. R. Hacılı şikayətin icraata götürüldüyünü, lakin hələ məhkəmənin vaxtının təyin olunmadığını bildirib. Jurnalistlər apellyasya şikayətində hakimin qanunsuz addımı ilə bağlı qərar qəbul olunmasını xahiş ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR