Vəkil Aydın Nəzərli Eynulla Fətullayevlə görüşüb

Vəkil Aydın Nəzərli Eynulla Fətullayevlə görüşüb
# 20 iyul 2007 11:09 (UTC +04:00)
Vəkil Aydın Nəzərli bu gün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Vəkil APA-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ona elan edilən ittihamla bağlı ifadə verməkdən imtina etdiyi üçün bu günə qədər dindirilməyib. A. Nəzərli E. Fətullayevin səhhətinin normal olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR