Bank Of Baku

Ombudsman həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət edib

Ombudsman həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət edib
# 20 iyul 2007 13:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Ombudsman Aparatında Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə çıxış edən E. Süleymanova bildirib. O deyib ki, müraciətdə həbsdə saxlanılan jurnalistlərin azadlığa buraxılması, bunun əvəzində alternativ cəzaların (cərimə və s.) tətbiqi məsələsinin nəzərdən keçirilməsi qeyd olunub. E. Süleymanova həbsdə olan jurnalistlərin məsələsini daim diqqət mərkəzində saxladığını, özünün və Ombudsman Aparatı əməkdaşlarının həbs edilən jurnalistlərlə görüşdüyünü, onların problemləri ilə maraqlandığını bildirib. Bir neçə gün əvvəl “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşdüyünü qeyd edən Ombudsman dünən onun atasını da qəbul etdiyini deyib. E. Süleymanova Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi ilə bu gün keçirilən görüşündə həbsdə olan jurnalistlərlə bağlı müzakirələr aparıldığını deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR