Bank Of Baku

Azərbaycanın ABŞ-da səfərdə olan bir qrup KİV rəhbəri Portland şəhərində yerli KİV-in vəziyyəti ilə tanış olub

Azərbaycanın ABŞ-da səfərdə olan bir qrup KİV rəhbəri Portland şəhərində yerli KİV-in vəziyyəti ilə tanış olub
# 21 iyul 2007 08:28 (UTC +04:00)
Nümayəndə heyəti “The Oregion”, “Portland Merkuri” və İspan icmasına məxsus qəzetdə görüşlər keçirib. Ştatın “Tilamuk” adlı kiçik qəsəbəsində nəşr edilən və 100 yaşı tamam olmuş “Tilamuk Headliyht-Herald” qəzeti ilə tanışlıq da maraqlı keçib. 9-10 min tirajla nəşr olunan bu qəzet yalnız qəsəbə ilə bağlı xəbərlər verir. KİV rəhbərləri “The Portland Alliance” qəzetinin redaksiya şurasının üzvü Ruth Kovacsla da görüşüblər. O, qəzetlərinin alternativ mövqeni əks etdirdiyini söyləyib, ölkəsində medianın problemləri, etiraz etdikləri məsələlər barədə danışıb. “Willamette Week” qəzetində görüşdə isə Azərbaycan və ABŞ mediası arasında fərqlər müzakirə olunub, problemlərdən danışılıb. Bu qəzet pulsuz paylanılır, həftəlik 90 min tirajla yayılır və əsas gəliri reklamlardır.
Nümayəndə heyəti məşhur “Bizniess Journal” qəzetlər şəbəkəsinə daxil olan “Portland Bizniess Journal” qəzetinin redaksiyasında da olub. Qəzet rəhbərliyi nəşrin “Bizniess Journal” qəzetlər şəbəkəsinə daxil olan 41 qəzetdən biri olduğunu, sırf iqtisadi yazılar dərc etdiyini, daha çox yayıldığı ərazini əhatə edən xəbərlərə üstünlük verdiyini bildirib. Həftəlik nəşr olunan qəzet web səhifəsində də xəbər xidməti göstərir.
Bununla da, nümayəndə heyətinin Portlandda rəsmi görüşləri başa çatıb. Bundan sonra KİV rəhbərləri Hyuston və Nyu-York şəhərlərində olacaqlar.
Qeyd edək ki, nümayəndə heyətinə APA-nın baş direktoru Vüsalə Mahirqızı, day.az saytının baş redaktoru Elnur Baimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova və “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR