Bank Of Baku

Jurnalistlərin kütləvi aksiyaları Milli Mətbuat Günündən sonra bərpa oluna bilər

Jurnalistlərin kütləvi aksiyaları Milli Mətbuat Günündən sonra bərpa oluna bilər
# 21 iyul 2007 09:16 (UTC +04:00)
Mətbuatın problemləri ilə bağlı kütləvi tədbirlər 22 iyul - Milli Mətbuat Günündən sonra bərpa oluna bilər. Bu barədə APA-ya “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, son bir ayda Milli Mətbuat Günü ilə bağlı tədbirlər təşkil olunduğu üçün aksiyalar keçirilməyib. Baş redaktor kütləvi aksiyaları təşkil edən tərkiblə ciddi nəticəyə nail olmağın və problemlərin həllinin çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün mətbu orqanları mətbuatın ümumi problemləri ilə bağlı tədbirlərə qatılmadığı üçün qaldırılan məsələlər öz həllini tapmır: “Bir sıra mətbu orqanlar ümumi işlərdən kənarda qalmağı üstün tuturlar. Bu məsələ bütün tədbirlərdə müzakirə olunur və kənarda qalanlara təklif edilir ki, bu prosesdə aktiv iştirak etsinlər. Amma onlar birmənalı bildirirlər ki, bu işdə iştirak edib özlərini dilə-dişə salmaq istəmirlər. Əslində, bu da onların haqqıdır və başa düşüləndir. Amma biz hazırkı vəziyyəti və mətbuatın vahid mövqedən çıxış etməməsini, həmçinin qəzetlərin bağlanmasını da faciə hesab etmirik. Azərbaycan mətbuatının 132 illik tarixində dəfələrlə belə hallar baş verib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR