Bank Of Baku

Əflatun Amaşov: “İnanıram ki, Mətbuat Şurasının müraciətlərinə müsbət cavab veriləcək”

Əflatun Amaşov: “İnanıram ki, Mətbuat Şurasının müraciətlərinə müsbət cavab veriləcək”
# 23 iyul 2007 12:37 (UTC +04:00)
“İnanıram ki, Mətbuat Şurasının məlum müraciətlərinə müsbət cavab veriləcək”. Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri artıq arxada qalan Milli Mətbuat Günü ərəfəsində prezidentə ünvanladıqları müraciətə cavab verilməməsini hazırda dövlət başçısının ölkədə olmaması ilə əlaqələndirib.
Qeyd edək ki, Mətbuat Şurası Milli Mətbuatın 132 illiyi ərəfəsində həbsdə olan jurnalistlərin əfv olunması, mətbuatın inkişafına dövlət qayğısının göstərilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onlara fəxri adların verilməsi xahişi ilə dövlət başçısına müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR