Bank Of Baku

Dünya Mətbuat Azadlığı Komitəsi “Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşının hüquqlarının müdafiəsi işini maliyyələşdirəcək

Dünya Mətbuat Azadlığı Komitəsi “Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşının hüquqlarının müdafiəsi işini maliyyələşdirəcək
# 24 iyul 2007 16:29 (UTC +04:00)
Dünya Mətbuat Azadlığı Komitəsi həbsdə olan azərbaycanlı jurnalistlər - “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin müxbiri Yaşar Ağazadənin hüquqlarının müdafiəsini maliyyələşdirmək məqsədilə senzura əleyhinə qrant fondu təsis edib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə təşkilatın yerli təmsilçisi, Qafqaz Media Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Orucov məlumat verib. R. Kəbirli və Y. Ağazadənin vəkili, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə bildirib ki, fonddan ayrılacaq vəsait jurnalistlərin hüquqi müdafiəsini təşkil etmək üçün xərclənəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR