Ailə üzvləri həbsdə olan “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu ilə görüşüblər

Ailə üzvləri həbsdə olan “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu ilə görüşüblər
# 25 iyul 2007 14:02 (UTC +04:00)
Bu gün Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlunun ailə üzvləri onunla görüşüblər. Bu barədə APA-ya məlumat verən F. Novruzoğlunun həyat yoldaşı Tahirə Allahverdiyevanın sözlərinə görə, jurnalist iyulun 20-dən ağzını tikərək aclığa başlayıb. O, bu müddətdə su da içməyib: “Səhhətində ciddi problemlər var. Buna baxmayaraq, dedi ki, tələbləri yerinə yetirilənədək aclığa davam edəcək. Tələbləri müxalifət və müstəqil qəzetləri oxumasına, KİV-də yazılarının dərc olunmasına, beynəlxalq hüquq-müdafiə təşkilatlarının və İsrail səfirliyinin əməkdaşları ilə görüşməsinə imkan yaradılması, işinə məhkəmədə yenidən baxılması və s. ilə bağlıdır. Bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Fərəməz Novruzoğlu Azərbaycan vətəndaşlığından imtina edəcək”. Qeyd edək ki, F. Novruzoğlu bu ilin yanvarında həbs olunub və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR