Bank Of Baku

ABŞ-da səfərdə olan Azərbaycan KİV rəhbərlərinin Hyustonda görüşləri başa çatıb

ABŞ-da səfərdə olan Azərbaycan KİV rəhbərlərinin Hyustonda görüşləri başa çatıb
# 25 iyul 2007 15:31 (UTC +04:00)
APA-nın məlumatına görə, polisin iş rejimi ilə tanışlıq olan jurnalistlərə mətbuatla iş prinsipi barədə məlumat verilib, hadisələrin işıqlandırılmasında və bəzi cinayətlərin açılmasında media ilə əməkdaşlıqdan danışılıb. Daha sonra KİV rəhbərləri ilə “Houston Press” qəzetində görüş keçirilib. Qəzet rəhbərliyi nəşrin daha çox araşdırmalara və hekayələrə üstünlük verdiyini, həftəlik nəşr olunaraq, pulsuz paylandığını, əsas gəlirlərini reklam təşkil etdiyini söyləyib.
Bununla da, Hyustonda görüşlər başa çatıb. Bundan sonra KİV rəhbərlərinin Nyu-Yorka səfəri başlayıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Day.az” internet portalının baş redaktoru Elnur Baimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Yeni Zaman” qəzetinin baş redaktoru Şakir Habiloğlu daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR