Bank Of Baku

Əflatun Amaşov: “Əgər jurnalistin rüşvət alma faktı təsdiqlənsə, bu, çox təəssüfləndirici hal olacaq”

Əflatun Amaşov: “Əgər jurnalistin rüşvət alma faktı təsdiqlənsə, bu, çox təəssüfləndirici hal olacaq”
# 25 iyul 2007 16:12 (UTC +04:00)
“Əgər jurnalistin rüşvət alma faktı təsdiqlənsə, bu, çox təəssüfləndirici hal olacaq”. Bu açıqlamanı APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun rüşvət alarkən həbs olunması ilə bağlı məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri deyib ki, onlar jurnalistin saxlanması barədə məlumatı dünən rəsmi mənbələrdən alıblar: “Müşfiq Hüseynovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisindən rüşvət alarkən yaxalandığı bildirilir. Hazırda istintaq getdiyi üçün məsələ ilə bağlı geniş açıqlama vermək imkanımız yoxdur”. Ə. Amaşov Mətbuat Şurasının mətbuat və dövlət qurumları arasında problemlərin həlli komissiyasının istintaqın gedişini nəzarətdə saxlayacağını, bu barədə həm MŞ üzvlərinin, həm də jurnalistlərin mütəmadi məlumatlandırılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR