Bank Of Baku

“GÜN səhər” qəzeti fəaliyyətini bir aylıq dayandıracaq və sentyabrdan gündəlik çıxacaq

“GÜN səhər” qəzeti fəaliyyətini bir aylıq dayandıracaq və sentyabrdan gündəlik çıxacaq
# 26 iyul 2007 08:54 (UTC +04:00)
Həftədə bir dəfə nəşr olunan “GÜN səhər” qəzeti avqustda fəaliyyətini dayandıracaq. Qəzet sentyabrdan etibarən gündəlik çıxmağa başlayacaq. Bu barədə APA-ya qəzetin baş redaktoru Arif Əliyev məlumat verib. Baş redaktor bildirib ki, abunəçilərin sayının artırılması üçün kampaniya keçirilib və nəticədə abunəçilərin sayı xeyli artıb: “Bu, qəzetin gündəlik nəşrinə imkan verir. Həmçinin payızda yeni ideyalar üzərində də işləyəcəyik”. Qəzetin çapına bir aylıq fasilə verilməsinə gəlincə, A. Əliyev deyib ki, yay aylarında media bazarı zəifləyir, satış və reklamlar azalır: “Fasilə verməyimizin bir səbəbi budur. Digər tərəfdən, artıq il yarımdır ki, qəzet həftədə bir dəfə nəşr olunur. Əməkdaşlarımızın dincəlməsi, gündəlik nəşrə hazırlanmaq üçün vaxt lazımdır. Qərara gəldik ki, payızadək fasilə verək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR