Bank Of Baku

“Bakı Xəbər” gələn ay nəşrini bərpa edəcək

“Bakı Xəbər” gələn ay nəşrini bərpa edəcək
# 26 iyul 2007 11:28 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti avqustda nəşrini bərpa edəcək. Qəzetin baş redaktoru Aydın Quliyev APA-ya açıqlamasında bildirib ki, hazırda qəzetin nəşrə başlamasına bəzi texniki problemlər mane olur. Onun sözlərinə görə, “Bakı Xəbər”in 5 ay əvvəl dondurulmuş bank hesabları Səbayel rayon Məhkəməsinin qərarından sonra açılıb: “Amma biz məhkəmənin qərarından yeni də apellyasiya şikayəti verdik. Çünki Səbayel rayon Məhkəməsi cərimənin bir il müddətində hissə-hissə ödənməsi barədə qərar qəbul edib. Biz isə bu borcun iki il müddətində ödənilməsini istəyirik”. A. Quliyev hələlik apellyasiya şikayətinin icraata götürülmədiyini qeyd edib. Baş redaktor qəzetin nəşri ilə bağlı xırda texniki işlərin qaldığını və gələn ayın ilk günlərində “Bakı Xəbər”in satışda olacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR