Bank Of Baku

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Fransanın müvəqqəti işlər vəkili ilə görüşüb

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Fransanın müvəqqəti işlər vəkili ilə görüşüb
# 27 iyul 2007 16:41 (UTC +04:00)
Bu gün “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jan-İv Bertonla görüşüb. B. Həziyevin APA-ya verdiyi məlumata görə, görüş diplomatın dəvəti ilə səfirlikdə keçirilib. Jan-İv Berto Avropa Birliyinə sədrlik edən Portuqaliyanın Azərbaycanda səfirliyi olmadığından AB-ni Fransa səfirliyinin təmsil etdiyini xatırladaraq bildirib ki, B. Həziyevlə həm bu qurumun, həm də Fransa Respublikasının adından görüşür. Müvəqqəti işlər vəkili 2006-cı ilin mayında B. Həziyevin həyatına olan sui-qəsdlə bağlı istintaqın gedişi və baş redaktorun səhhəti ilə maraqlanıb. Fransalı diplomat iyulun 24-də “Bizim yol” qəzetinin sosial-iqtisadi sahə üzrə redaktoru Müşfiq Hüseynlinin xüsusi əməliyyat nəticəsində həbs olunması haqda da suallar verib. O, Avropa Birliyinin Azərbaycanda sayca səkkizinci jurnalistin həbsindən narahat olduğunu deyib. B. Həziyev diplomatı maraqlandıran məsələlərlə bağlı onu məlumatlandırıb və diqqətə görə təşəkkür edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR