Bank Of Baku

Söz azadlığının vəziyyəti ilə bağlı hüquqşünasların forumu keçiriləcək

Söz azadlığının vəziyyəti ilə bağlı hüquqşünasların forumu keçiriləcək
# 28 iyul 2007 11:48 (UTC +04:00)
Azərbaycanda söz azadlığının vəziyyəti və mətbuata təzyiqlərlə bağlı hüquqşünasların forumunun keçirilməsi nəzərdə tutulub. Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Arzu Abdullayevanın APA-ya verdiyi məlumata görə, avqustun 4-nə planlaşdırılan forumda hazırkı vəziyyətdən çıxış yolları axtarılacaq, hüquqşünasların təklifləri dinləniləcək. A. Abdullayeva son vaxtlar komitənin tam tərkibdə toplanmamasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, baş redaktorların bir hissəsi Azərbaycanda olmadığı üçün komitənin iclasları işçi qurupu səviyyəsində keçirilir. O, kütləvi aksiyaların sentyabrda bərpa olunmasının nəzərdə tutulduğunu və buna görə də geniş tərkibdə toplantılara ehtiyac olmadığını qeyd edib. A. Abdullayeva gələn həftə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəklərini də bildirib: “Biz Tatyana Çaladze ilə bağlı nazirliyə rəsmi məktubla müraciət etmişik, onun fəaliyyət və niyyətinin şübhəli olduğunu bildirmişik və bununla bağlı araşdırma aparılmasını vacib hesab etmişik. Amma bu günə kimi bizə cavab verilməyib. Biz milli təhlükəsizlik naziri ilə görüşmək üçün gələn həftə rəsmi məktubla müraciət edəcəyik. Görüşdə bu məsələləri qaldırmaq fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR