Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərə 1600 dollar həcmində yardım edib

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərə 1600 dollar həcmində yardım edib
# 30 iyul 2007 14:38 (UTC +04:00)
Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu quruma edilən müraciətlər əsasında ölkə jurnalistlərinə ümumilikdə 1600 ABŞ dolları həcmində yardım edib. Fonddan APA-ya verilən məlumata görə, quruma bütövlükdə 41 müraciət daxil olub. Müraciətlər araşdırıldıqdan sonra “Nota Bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevə 300, “Boz qurd” qəzetinin redaktoru Ramiz Nəcəfliyə 200, “Bakı xəbər” qəzetinin işlə təmin olunmayan və daha aztəminatlı əməkdaşlarına 700, “Azadlıq” qəzetinin məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 400 ABŞ dolları həcmində yardım edilib. “Gündəlik Azərbaycan” qəzetinin kollektivi isə onlara ayrılan 1000 ABŞ dolları həcmində yardımdan imtina etdiyinə görə həmin məbləğ fondun büdcəsinə qaytarılıb. Bundan başqa, “New press” qəzetinin redaktoru Elşad Mehdiyev, “Milli yol” qəzetinin redaktoru Şahin Ağabəyli və “Proqnoz” qəzetinin 9 əməkdaşının müraciəti fondun əsasnaməsi və büdcəsinə uyğun gəlmədiyi üçün təmin edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR