Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri Mətbuat Şurasının rəhbərliyi ilə görüşüb

ATƏT-in Bakı Ofisinin rəhbəri Mətbuat Şurasının rəhbərliyi ilə görüşüb
# 01 avqust 2007 11:29 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose Luis Herero Ansola Azərbaycan Mətbuat Şurasına yaradılan yeni iş şəraiti ilə tanış olub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, qurumda keçirilən görüşdə Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Qonaq Mətbuat Şurasının həbsdə olan jurnalistlərin azadlığa buraxılması istiqamətində gördüyü işləri təqdirəlayiq hesab edib. Bundan əlavə Azərbaycan cəmiyyətində qarşılıqlı anlaşmanın dərinləşməsi istiqamətində medianın üzərinə düşən vəzifələr, xüsusilə media-hakimiyyət münasibətlərinin dərinləşdirilməsinin vacibliyi istiqamətində də müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR