Bank Of Baku

Əli Həsənov: ““Bizim yol” qəzetinin şöbə redaktoru ilə bağlı kadrların yayılmasında mətbuata təzyiq kimi qiymətləndirilməsi yanlışdır”

Əli Həsənov: ““Bizim yol” qəzetinin şöbə redaktoru ilə bağlı kadrların yayılmasında mətbuata təzyiq kimi qiymətləndirilməsi yanlışdır”
# 03 avqust 2007 10:34 (UTC +04:00)
““Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun həbsi ilə bağlı kadrların televiziya kanallarında yayımlanmasını mətbuata təzyiq kimi qiymətləndirilməsi yanlışdır. Burada heç bir təzyiqdən söhbət getmir”. Bu açıqlamanı APA-ya Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov verib. Ə. Həsənov bildirib ki, bu hadisə mediadan alət kimi istifadə etmək, bu yolla yanlış rəy formalaşdırmaq istəyənlərə cavabdır: “Bu hadisə bir daha təsdiq etdi ki, Azərbaycan prokurorluq və məhkəmə orqanları bəzilərinin dediyi kimi, heç kimi əsassız yerə həbs etmək, cazalandırmaq niyyətində deyil. Sadəcə, konkret cinayət faktı üzrə həbslər olur. Hesab edirəm ki, belə faktların aşkarlanaraq, mediadan istifadə edənlərin ifşa edilməsində professional jurnalistika ilə məşğul olanlar daha çox maraqlı olmalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR