Bank Of Baku

“Bizim yol” qəzetinin əməkdaşının apellyasiya şikayəti təmin edilməyib

“Bizim yol” qəzetinin əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
# 03 avqust 2007 12:00 (UTC +04:00)
Bu Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya M. Hüseynovun vəkili Vüqar Xasayev məlumat verib. Hakim Rəhman Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN əməkdaşları tərəfindən həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Nəsimi rayon Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə şöbə redaktoru 3 aylıq həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR